Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.16.2026 | 10:34 | Baxılıb: 1884
Dubay hökuməti sərnişinlərin və personalın təhlükəsizliyini təmin etmək məqsədilə hava limanında uçuşların müvəqqəti dayandırıldığını elan edib.

“gece.ws” xarici mətbuata istinadən xəbər verir ki, bu qərar hava limanının ərazisinə pilotsuz uçuş aparatının düşməsi nəticəsində yanacaq çəninin zədələnməsi və yanğının baş verməsi ilə bağlı qəbul olunub.

Dubay Beynəlxalq Hava Limanında həyata keçirilməli olan reyslərin regiondakı digər aeroportlara yönləndirildiyi bildirilir.

Yerli polis yanğın səbəbilə Dubay hava limanına gedən yolda magistral yolun və tunelin müvəqqəti bağlandığını açıqlayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.