
“gece.ws” xəbər verir ki, bu barədə şəhər hökumətinin mətbuat xidməti “X” sosial media platformasında məlumat yayıb.
“Dubai Airports” təsdiq edir ki, məhdud əməliyyatlar bu axşam, martın 2-də bərpa olunacaq. Dubay Beynəlxalq Hava Limanından və Əl-Maktum Hava Limanından az sayda reyslərin yerinə yetirilməsinə icazə verilir”, - məlumatda deyilir.
Eyni zamanda, səlahiyyətlilər sərnişinlərə öz aviaşirkətlərindən təsdiqlənmiş uçuş vaxtı ilə birbaşa bildiriş almadıqca hava limanlarına getməməyi tövsiyə edib.