Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.03.2025 | 15:54 | Baxılıb: 6352
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının əl yükünə stasionar rentgen qurğusunda baxış keçirilib. Gömrük nəzarəti zamanı monitorda şübhəli cizgilər müşahidə olunduğundan əl yüklərinə gömrük yoxlaması tətbiq edilib.

“gece.ws” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, gömrük yoxlaması zamanı vətəndaşa məxsus çantanın astarının altından ümumilikdə 547.7 karat brilyant qaşlar aşkar olunub.

 Faktla bağlı araşdırma aparılır.





Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.