Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.20.2026 | 10:00 | Baxılıb: 3051
Dünən Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasının ilk iclası bir sıra maraqlı anlarla yadda qalıb.

“gece.ws” xəbər verir ki, bunlardan biri tədbirdə iştirak edən Argentina Prezidenti Xavyer Mileyin səsləndirilən mahnının sədaları altında əylənməsi olub.

Belə ki, Macarıstanın Baş naziri Viktor Orbanla yanaşı əyləşən Miley fondakı mahnını həm zümzümə edib, həm də rəqs edib. O, ara-sıra Orbanı da qucaqlayaraq söhbət edib.

Argentina liderinin bu davranışları sosial şəbəkələrdə maraqla qarşılanıb.

Həmin görüntüləri təqdim edirik:

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.