Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.05.2026 | 11:54 | Baxılıb: 3513
İtaliyanın Baş naziri Ciorcia Meloni Bakıya səfərindən paylaşım edib.

“gece.ws” xəbər verir ki, “X” hesabında paylaşım edən Meloni Azərbaycana iki ölkə arasında strateji tərəfdaşlığı gücləndirmək məqsədilə səfər etdiyini vurğulayıb.

“Azərbaycanla artıq enerji, təhlükəsizlik, logistika, investisiyalar və siyasi dialoq sahələrində çox mühüm olan əməkdaşlığı daha da möhkəmləndirməyi və onu getdikcə ölkələrimiz üçün konkret imkanlara çevirməyi hədəfləyirik”, - İtaliya Baş naziri qeyd edib.

Onun sözlərinə görə, hazırda dünyanın üzləşdiyi mürəkkəb bir dövrdə etibarlı tərəfdaşlıqlar əhəmiyyət kəsb edir: “İtaliya və Azərbaycan arasındakı münasibətlər də məhz belə tərəfdaşlıqlardan biridir”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.