
“gece.ws” xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.
Bildirilib ki, bir vaxtlar “Marsel”, “Monako” və “Mançester Siti” klublarında çıxış edən 32 yaşlı müdafiəçinin medalı 46 min funt-sterlinqə (təxminən 62 min ABŞ dolları) alıcı tapıb.
Qeyd eddilib ki, medalın alt hissəsində çat, kənarlarında isə yüngül aşınma izləri var. Həmçinin üzərində Fransanın 2018-ci il DÇ-dəki qələbəsini əks etdirən xüsusi yazı yerləşir.
Mendinin medalı satışa çıxarmasının səbəbi açıqlanmayıb.
Futbolçu 2021-ci ildə irəli sürülən çoxsaylı cinsi təcavüz və cinsi təcavüzə cəhd ittihamlarından sonra iki ilə yaxın futbol fəaliyyətindən kənarda qalmışdı. O, 2023-cü ilin iyulunda bütün ittihamlar üzrə bəraət alıb.
“Mançester Siti” 2017-ci ildə Mendini “Monako”dan 57,5 milyon avro qarşılığında transfer etmişdi. Fransalı futbolçu hazırda Polşanın “Poqon Şeçin” klubunun formasını geyinir.