Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.23.2026 | 01:55 | Baxılıb: 1859
İspaniya yığmasının futbolçuları Qavi və Fabian Ruis 2026-cı il dünya çempionatındakı qələbə münasibətilə doğma şəhərləri Los-Palasyos-i-Vilyafrankada pomidorla mükafatlandırılıblar.

“gece.ws” xəbər verir ki, bu barədə “Vanguardia” qəzeti məlumat yayıb.

“Yerli sakinlər hər iki futbolçunu şəhər meriyasında təntənə ilə qarşılayıblar və bələdiyyənin ən ənənəvi mükafatlarından birini – futbolçuların öz çəkilərinə bərabər miqdarda pomidor təqdim ediblər”, – deyə məlumatda bildirilir.

Mərasim zamanı veriləcək pomidorun çəkisini müəyyən etmək üçün futbolçular tərəziyə çıxarılaraq çəkiliblər.

Xatırladaq ki, İspaniya millisi 2026-cı il dünya çempionatının finalında Argentina yığmasını 1:0 hesabı ilə məğlub edərək bu titula yiyələnib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.