
“gece.ws” xəbər verir ki, meksikalı rəssamların hazırladığı əsərin sahəsi 203,46 kvadratmetrdir.
Bildirilib ki, layihəyə rəssam Karlos Alberto Badillo Kruz rəhbərlik edib və divar rəsmi 90 gün ərzində tamamlanıb.
Ginnesin Rekordlar Kitabı nümayəndələri əsərin təqdimetmə mərasimi zamanı bildiriblər ki, bu layihə xüsusi olaraq fırça texnikası ilə çəkilən divar rəsmləri üçün yeni rekord kateqoriyasının yaradılmasına səbəb olub.


