Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.04.2026 | 03:08 | Baxılıb: 1839
Əfqanıstanda 5,8 bal gücündə zəlzələ olub.

“gece.ws” xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Bildirilib ki, zəlzələ ölkənin şimal-şərqində, Bədəxşan əyalətinin Curm rayonundan təxminən 35 kilometr cənubda qeydə alınıb. Yeraltı təkanların ocağı 186,4 kilometr dərinlikdə yerləşib.

Yerli mənbələrin, o cümlədən, “Tolo News” telekanalının yaydığı məlumata əsasən, Kabil Valiliyinin açıqlamasında bildirilib ki, zəlzələ nəticəsində paytaxtın Baqrami rayonunda bir evin uçması faciəyə səbəb olub. Hadisə zamanı 6 nəfər ölüb, 1 nəfərin isə itkin düşdüyü bildirilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.