Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.28.2026 | 09:37 | Baxılıb: 2674
Pakistanın informasiya naziri Attaulla Tarar sosial şəbəkə hesabında “Qəzb-ül-Haq” əməliyyatı ilə bağlı yenilənmiş məlumatları paylaşıb.

“gece.ws” xəbər verir ki, nazirin açıqlamasına görə, Əfqanıstan ərazisində “Taliban” qüvvələrinə qarşı aparılan əməliyyatlar çərçivəsində 297 nəfər öldürülüb, 450-dən çox şəxs yaralanıb.

Bildirilib ki, 89 nəzarət-buraxılış məntəqəsi məhv edilib, 18 post ələ keçirilib, 135 tank və silahlı texnika sıradan çıxarılıb.

Eyni zamanda, Əfqanıstan üzrə 29 müxtəlif məntəqəyə hava zərbələri endirildiyi qeyd olunub.

***

Attaulla Tararın sözlərinə görə, əməliyyat zamanı zərərsizləşdirilən əfqanıstanlı hərbçilərin sayı 331-ə çatıb. 500-dən çox hərbçi isə yaralanıb. 

O, həmçinin vurğulayıb ki, Əfqanıstan ərazisində 37 obyektə zərbə endirilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.