Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.02.2025 | 15:09 | Baxılıb: 2587
Əfqanıstanın şərqində baş verən güclü zəlzələ nəticəsində həlak olanların sayı 1124 nəfərə çatıb.

“gece.ws” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Yaralıların sayının isə 3251 nəfərə yüksəldiyi qeyd olunub. Ölkənin yerli mediasının məlumatına görə, hazırda axtarış-xilasetmə işləri davam etdirilir. Dağıntılar altında yüzlərlə insanın qaldığı ehtimal edilir.

Bundan əvvəlki açıqlamada təbii fəlakət səbəbindən 800 nəfərin öldüyü, 2800-dən çox şəxsin isə yaralandığı deyilirdi.

TASS agentliyi Əfqanıstanda 6,2 ballıq zəlzələdən sonra hazırkı vəziyyəti əks etdirən görüntülər yayıb.

Həmin görüntüləri təqdim edirik:

***

Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hərəkatının rəsmi nümayəndəsinin müavini Hamdulla Fitratın verdiyi məlumata görə, zəlzələ nəticəsində ölənlərin sayı 1411 nəfərə çatıb.

Onun sözlərinə görə, zəlzələ səbəbindən 5412 ev isə dağılıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.