Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.04.2025 | 23:23 | Baxılıb: 1574
Əfqanıstanın şərqindəki Hindukuş dağlarında 6,1 bal gücündə zəlzələ qeydə alınıb.

“gece.ws” xəbər verir ki, bu haqda Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri təxminən 200 min nəfər əhalisi olan Cəlalabad şəhərindən 46 km şimal-şərqdə yerləşib.

Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.

Qeyd edək ki, sentyabrın 1-nə keçən gecə də Əfqanıstanda 6,2 bal gücündə zəlzələ baş verib. Təbii fəlakətin episentri Cəlalabad şəhərindən təxminən 27,3 km aralıda, Pakistanla sərhəddə yerləşib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.