
“gece.ws” AP-yə istinadən xəbər verir ki, daşqınlar zamanı azı 26 nəfər yaralanıb.
Qarşıdakı günlərdə daha çox yağıntının olacağı proqnozlaşdırılır.
Ölkənin Milli Fəlakətlərin İdarə Edilməsi İdarəsinin nümayəndəsi Yusif Hammad açıqlamasında bildirib ki, itkilərin sayı arta bilər.
Hammad bildirib ki, şiddətli hava şəraiti həmçinin 147 evi tamamilə və ya qismən dağıdıb, 80 kilometr yolu məhv edib, kənd təsərrüfatı torpaqlarını, suvarma kanallarını və müəssisələrisıradan çıxarıb. O bildirib ki, ümumilikdə 530 ailə zərər çəkib.