Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.04.2025 | 17:55 | Baxılıb: 525
Dünən Əfqanıstanda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb, 980 nəfərdən çox insan isə xəsarət alıb. 

“gece.ws” TASS-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının məlumatında deyilir. 

Bundan əlavə, 2 mindən çox ev tamamilə və ya qismən dağılıb. Bu rəqəmlərin artacağı gözlənilir. 

Mürəkkəb relyef şəraitinin və infrastrukturun zədələnməsinin axtarış-xilasetmə işlərini çətinləşdirdiyi bildirilib. 

Xatırladaq ki, noyabrın 3-nə keçən gecə Əfqanıstanın şimalında 6,3 bal gücündə zəlzələ baş verib. İlkin məlumatda təbii fəlakət nəticəsində 20 nəfərin öldüyü, daha 320 nəfərin isə yaralandığı qeyd olunmuşdu.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.