Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Əfsanəvi Corc Forman öldü
 
						Əfsanəvi Corc Forman öldü
Əlavə olunub: 03.22.2025 | 13:24 | Baxılıb: 2895
Amerikalı boks əfsanəsi Corc Forman 76 yaşında vəfat edib.

“gece.ws” xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat yayıblar.

Bildirilib ki, Corc Forman ötən gün ABŞ-nin Hyuston şəhərində dünyasını dəyişib.

Qeyd edək ki, Corc Forman 1994-cü ildə 45 yaşında Maykl Mureri məğlub edərək ən yaşlı ağırçəkili çempion adını qazanıb. 1968-ci ildə isə Meksikada keçirilən Yay Olimpiya Oyunlarında qızıl medala yiyələnib.

Corc Forman 1974-cü ildə əfsanəvi Məhəmməd Əli ilə qarşılaşıb və həmin döyüşdə karyerasının ilk məğlubiyyətini yaşayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.