
“gece.ws” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp çıxışı zamanı bildirib.
Çıxış Ağ Evin “YouTube” kanalında canlı yayımlanıb.
“Mən onların rüsum toplamasına icazə verməyəcəyəm. Əgər bunu kimsə edəcəksə, o da biz olacağıq. Keçid haqqında ödəniş yığılması məsələsi İranla aparılan danışıqlarda müzakirə olunmur. Birləşmiş Ştatlar Hörmüz boğazına tam nəzarət edir”, – deyə dövlət başçısı vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Tramp Vaşinqton və Tehranın avqustun 3-də danışıqlar aparacağını və tərəflərin Hörmüz boğazı ilə bağlı razılığa gəldiklərini elan etmişdi.
Xatırladaq ki, avqustun 3-də İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai Trampın danışıqlar barədə dediklərinin həqiqəti əks etdirmədiyini bildirib. O dəqiqləşdirib ki, İslam Respublikası və Oman Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi ilə bağlı məsələləri müzakirə edir.