Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.17.2026 | 10:31 | Baxılıb: 2076
Əlcəzair Hərbi Hava Qüvvələrinə məxsus “Lockheed Martin C-130J-30 Super Hercules” tipli təyyarə Ermənistanın hava məkanından istifadə etməklə Azərbaycana uçub.

“gece.ws” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) məlumatında deyilir. Qeyd edilib ki, uçuş diplomatik məqsədlərlə həyata keçirilib. 

“Uçuşu həyata keçirən tərəfin təqdim etdiyi məlumata əsasən, C-130J təyyarəsinin həyata keçirdiyi Bufarik-Bakı reysi diplomatik məqsədlərlə baş tutub”, - nazirlik açıqlayıb. 

Qeyd edək ki, sözügedən təyyarə fevral ayında Ankaradan Bakıya, Bakıdan isə Əlcəzairin Bufarik şəhərinə uçmaq üçün Ermənistanın hava məkanından istifadə edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.