Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.03.2026 | 12:30 | Baxılıb: 4935
Azərbaycanda elektron siqaretlərin istifadəsi, idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılmasına görə cərimələr müəyyənləşdirilir.

“gece.ws” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Qanun layihəsinə əsasən, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılmasına görə inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə,

 - fiziki şəxslər 350 manatdan 500 manatadək məbləğdə;

- vəzifəli şəxslər 1 650 manatdan 2 200 manatadək məbləğdə;

- hüquqi şəxslər 4000 manatdan 5000 manatadək məbləğdə cərimə ediləcək.

Həmçinin dəyişikliyə əsasən, Azərbaycanda qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə 30 manat məbləğində cərimə tətbiq olunacaq.

Xəbəri rus dilində oxuyun: Штрафы за вейпы официально утверждены

Qeyd edək ki, Azərbaycanda elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılması, satışı və istifadəsinə qadağa 2026-cı il aprelin 1-dən qüvvəyə minəcək. 

Qanun layihəsi müzakirələrdən sonra üçüncü oxunuşda qəbul edilib.

Nuranə Daxilqızı

 

 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.