Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.16.2026 | 16:36 | Baxılıb: 1278
Daşkənddə işgüzar səfərdə olan Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 16-da Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.

“gece.ws” xəbər verir ki, Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Özbəkistanın dövlət başçısına çatdırıb.

Şavkat Mirziyoyev Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycan-Özbəkistan münasibətlərinin strateji tərəfdaşlıq və müttəfiqlik əsasında uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub.

Ticarət-iqtisadi, investisiya, nəqliyyat-logistika, enerji, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri geniş müzakirə edilib.


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.