Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.10.2026 | 09:10 | Baxılıb: 6244
Gürcüstanda fəaliyyət göstərən “Qeyrət” təşkilatının təsisçilərindən biri, ictimai xadim Əlibala Əsgərov vəfat edib.

“gece.ws” Aktual.ge-yə istinadən xəbər verir ki, o, avqustun 9-u axşam saatlarında dünyasını dəyişib.

70 yaşlı Ə.Əsgərovun uzunsürən xəstəlikdən həyatını itirdiyi bildirilib.

Qeyd edək ki, Əlibala Əsgərov uzun müddət Gürcüstanda yaşayan azərbaycanlıların hüquqları, sosial problemləri, ana dili və təhsil məsələləri, eləcə də icmanın ictimai-siyasi həyatda fəal iştirakının təmin olunması istiqamətində fəaliyyəti ilə tanınıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.