Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.21.2026 | 14:29 | Baxılıb: 1740
Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 21-də Berlində rəsmi qarşılanma mərasimi keçirilib.

“gece.ws” xəbər verir ki, Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts dövlət başçısını qarşılayıb.

Almaniya nümayəndə heyəti Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə Federal Kansler Fridrix Mertsə təqdim edilib.

Fəxri qarovul dəstəsinin rəisi dövlət başçısına və Federal Kanslerə raport verib.

Azərbaycan və Almaniyanın Dövlət himnləri səsləndirilib.

Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts fəxri qarovul dəstəsinin qarşısından keçiblər.













Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.