
“gece.ws” xəbər verir ki, bu barədə aktyor özü sosial şəbəkə hesabında məlumat yayıb.
Xəstəxanadan paylaşım edən E.Kərimov “İlan sancması yaman olurmuş” sözlərini yazıb.
***
Hadisə ilə bağlı “gece.ws"in sorğusuna cavab olaraq Klinik Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd bildirib ki, ötən gün 1981-ci il təvəllüdlü şəxs (kişi) ilan sancması şübhəsilə Kliniki Tibbi Mərkəzin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə qəbul edilib.
Aparılan müayinələr nəticəsində şəxsdə ilan zəhərlənməsi təsdiqlənməyib. Vətəndaş ambulator müalicə üçün evə buraxılıb.