Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.22.2026 | 22:00 | Baxılıb: 1787
“Elvin Cəfərquliyev transferə çıxarılıb. Razılıq vermişik ki, başqa komandalarla danışıq aparsın”.

“gece.ws” xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Sumqayıt”la matçdan sonra keçirilən mətbuat konfransında deyib.

“Yəni bütün təkliflərə açıqdır. Danışıq aparıb keçidi alınmazsa, ondan sonra əsas komandada, yoxsa əvəzedicidə qalacağına qərar verəcəyik. Ramil Şeydayevə gəldikdə isə, onunla sabah danışacağıq və qərarımızı verəcəyik. Zakaria Savo transferi isə, bəli, onunla danışıqlar müsbət yöndə gedib. Transferin alınmaq ehtimalı böyükdür”, - Qurbanov bildirib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.