Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.02.2026 | 13:13 | Baxılıb: 7638
Xəbər verdiyimiz kimi, Goranboyda 33 yaşlı Elvin Aslanov öldürülüb, şübhəli şəxs kimi isə onun atası saxlanılıb.

“gece.ws"in əldə etdiyi məlumata görə, E.Aslanov valideynlərinin mübahisəsi zamanı həlak olub.

İlkin ehtimala əsasən, ailə münaqişəsi zəminində düşən dava zamanı 57 yaşlı Şahin Aslanov həyat yoldaşına bıçaqla xəsarət yetirmək istəyib. Bu zaman araya girən oğlu Elvin bıçaq zərbəsinə tuş gəlib və aldığı xəsarətdən dünyasını dəyişib.

Qətlə yetirilən E.Aslanovun fitnes klub rəhbəri olduğu bildirilir.

Həyatını itirən Elvinin fotosunu təqdim edirik:

Yunis Quliyev

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.