Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Əməkdar artist Moskvanın mərkəzində ölü tapıldı
 
						Əməkdar artist Moskvanın mərkəzində ölü tapıldı
Əlavə olunub: 04.09.2024 | 10:29 | Baxılıb: 4574
Rusiyanın tanınmış opera və estrada ifaçısı Yevgeni Kunqurov Rusiyanın paytaxtında həyatına qəsd edib.

“gece.ws” “112” teleqram kanalına istinadən xəbər verir ki, Əməkdar artist həyat yoldaşına yazdığı mesajda damarlarını kəsəcəyini bildirib və telefonu söndürüb.

40 yaşlı Y. Kunqurovun cansız bədəni Moskvanın mərkəzində evinin yaxınlığında tapılıb.

TASS-ın hüquq-mühafizə orqanlarındakı mənbəsi bildirir ki, ilkin məlumata görə, artistin bədənində zorakı ölüm əlamətləri yoxdur.

Rusiya KİV isə xəbər verir ki, son dönəmdə müğənni psixiatrın yanına gedir, alkoqol asılılığından əziyyət çəkirdi.

Faktla bağlı araşdırma aparılır, sənətçinin ölüm səbəbi aydınlaşdırılır. 

Qeyd edək ki, Y. Kunqurov Kalininqrad Musiqili Teatrının solisti, “Qolos”, “Odin v odin” layihələrinin iştirakçısı idi.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.