Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.28.2025 | 10:30 | Baxılıb: 3814
Xəbər verdiyimiz kimi, Abşeron rayonu Şəfəq qəsəbəsində, “Stansiya Sumqayıt” adlanan ərazidə 21 yaşlı Kəmalə Əbilova yaşadığı çoxmərtəbəli binadakı mənzilin eyvanından yıxılaraq ölüb.

“gece.ws"in məlumatına görə, Kəmalənin Baku TV-yə danışan dayısı İlqar Behbudov bildirib ki, o, 6 ay bundan əvvəl burun əməliyyatı olub:

“Əməliyyat “İstanbul Hospital”da olub. Ondan sonra uşağın beynində travma əmələ gəldi, həkimlərə getdi, amma düzəlmədi. Universitet tələbəsi idi, əlaçı olub. Bilmirəm, əməliyyat zamanı narkozu artıq olub, yoxsa sinirə toxunublar. Vəziyyət budur. Həmin klinikada da cərrahı Rəşad Məmmədov olub. Əməliyyat vaxtı mən də orada olmuşam”.

K.Əbilovanın əmisi Cahid Əbilov isə deyir ki, onu əməliyyatdan sonra 3 dəfə həkimin yanına aparıblar: “Müayinə etdi, dərmanlar yazdı. Dərmanlar ona əks təsir göstərirdi. Adam görəndə qorxurdu, ürkürdü. Deyirdi, mənim yanıma gəlmə. Əməliyyatdan sonra 6 ay ərzində 2-3 dəfə universitetə getdi. Ancaq evə qapanmışdı, çölə çıxmırdı”. 

Daha ətraflı videomaterialda:

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.