Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.15.2026 | 00:17 | Baxılıb: 2514
ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens Prezident Donald Trampla prezident seçkilərində namizədliyi məsələsini hələ müzakirə etmədiklərini bildirib.

“gece.ws” xəbər verir ki, o bu haqda “CBS News” telekanalına müsahibə verərkən danışıb.

Vensin sözlərinə görə, o, hələ qəti qərar verməyib.

Vitse-prezident bu məsələni builki aralıq seçkilərindən sonra həyat yoldaşı Uşa Vens ilə müzakirə edəcəyini bildirib.

O bildirib ki, Prezident Donald Tramp onun qərarını dəstəkləyəcək:

“Mən əminəm ki, ABŞ prezidenti mənim verəcəyim hər bir qərarı tam dəstəkləyəcək. Lakin biz hələlik bu barədə ətraflı danışmamışıq”, - deyə o qeyd edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.