Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.18.2026 | 15:08 | Baxılıb: 3698
Suriyada məhkəmə ölkənin sabiq prezidenti Bəşər Əsədin əmisi oğlu Vasim Əsəd barəsində ölüm hökmü çıxarıb.

“gece.ws” xəbər verir ki, bu barədə “Syria TV” məlumat yayıb.

V.Əsəd hərbi və bəşəriyyətə qarşı cinayətlər kimi qiymətləndirilən çoxsaylı qətllərdə və işgəncələrdə təqsirli bilinib.

Məhkəmə qeyd edib ki, onun törətdiyi cinayətlər Suriyada 2011-ci ildən davam edən vətəndaş müharibəsi ilə bağlıdır. 

Xatırladaq ki, V.Əsəd Livandan qayıtdıqdan sonra 2025-ci ilin iyununda həbs edilmişdi. O, Bəşər Əsəd ailəsinin qiyabi deyil, şəxsən ölüm hökmünə məhkum edilən ilk üzvü olub. Belə ki, bir neçə gün əvvəl məhkəmə Bəşər Əsəd və onun kiçik qardaşı Mahir Əsəd barəsində qiyabi ölüm hökmü qərarı çıxarıb. Onların hər ikisi ölkə xaricindədir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.