Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.17.2026 | 13:51 | Baxılıb: 14415
Məlum olduğu kimi, Prezidentin Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin 3 general-mayoruna “general-leytenant” ali hərbi rütbəsi verilib.

“gece.ws” xəbər verir ki, rütbəsi yüksəldilən zabitlər arasında 1987-ci il təvəllüdlü Babək Mürsəl oğlu Ələkbərov xüsusi diqqət çəkir.

Belə ki, 2023-cü ildən Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin komandanı vəzifəsini tutan Vətən Müharibəsi Qəhrəmanı B.Ələkbərov ən gənc yaşda general-leytenant olan zabit kimi önə çıxır.

Qeyd edək ki, Babək Ələkbərovun 39 yaşı bu ilin dekabrında tamam olacaq.

Xatırladaq ki, B.Ələkbərova 2023-cü ilin avqustunda 35 yaşında “general-mayor” ali hərbi rütbəsi verilmişdi.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.