Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.18.2026 | 22:46 | Baxılıb: 2269
Bakıda keçirilən UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk qarşılaşmasında “Nyukasl”ın ulduzu Entoni Qordon ilk hissədə “poker”ə imza atıb.

“gece.ws” xəbər verir ki, matçın ilk 45 dəqiqəsi “sağsağanlar”ın mütləq üstünlüyü ilə başa çatıb.

25 yaşlı ingiltərəli futbolçu cəmi bir hissə ərzində “Qarabağ”ın qapısına 4 qol vurmağı bacarıb. O, 3-cü dəqiqədə hesabı açdıqdan sonra 32-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Cəmi bir dəqiqə sonra isə müdafiə səhvindən yararlanaraq “het-trik”ini rəsmiləşdirib. Qordon “poker”ini ilk hissəyə əlavə olunmuş 1-ci dəqiqədə penalti ilə tamamlayıb.

“Nyukasl”ın digər qolunu isə 8-ci dəqiqədə Malik Tyau vurub.

Qeyd edək ki, oyunçunun dəyəri 60 milyon avrodur.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.