
“gece.ws” xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Birgə Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Den Keyn keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, “Epik qəzəb” əməliyyatı dövründə şəxsi heyət 3,5 milyon litrdən çox qəhvə içib.
Onun sözlərinə görə, əməliyyat müddətində ümumilikdə 6 milyondan çox yemək paylanıb, təxminən 950 min qallon (3,5 milyon litr) qəhvə və 2 milyona yaxın enerji içkisi istehlak olunub.
General qeyd edib ki, hərbçilər tərəfindən xeyli miqdarda nikotin məhsulları da istifadə edilib.
“Bütün bunlara baxmayaraq, şəxsi heyət arasında ciddi sağlamlıq problemləri qeydə alınmayıb”, - deyə o vurğulayıb.