Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.12.2026 | 10:28 | Baxılıb: 3003
Bakıda ər-arvad dəm qazından zəhərlənib.

“gece.ws” xəbər verir ki, hadisə ötən gecə Sabunçu rayonu Nardaran qəsəbəsində baş verib.

1962-ci il təvəllüdlü Rəşad Əliyev və həyat yoldaşı 1968-ci il təvəllüdlü Dilarə Əliyeva evdə qazdan zəhərləniblər.

R.Əliyev hadisə yerində ölüb. D.Əliyeva isə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Araşdırmalar aparılır.

***

Hadisə ilə bağlı Kliniki Tibbi Mərkəzdən sorğumuza cavab olaraq bildirilib ki, fevralın 11-də 1968-ci il təvəllüdlü qadın dəm qazından zəhərlənmə şübhəsilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub:

“Ona dəm qazının toksiki təsiri diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib. Müalicəsi Toksikologiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir”. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.