Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.13.2026 | 22:09 | Baxılıb: 2083
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müalicə aldığı xəstəxanada dünyasını dəyişən tarixçi-yazar professor İlber Ortaylı ilə bağlı başsağlığı verib.

“gece.ws” xəbər verir ki, Prezident Ərdoğan bu haqda sosial media hesabında paylaşım edib.

“Öz ziyalı şəxsiyyəti, bilik və təcrübəsi, kitabları, araşdırmaları, elmi işləri ilə xalqımızın hörmətini qazanan “Prezident Mədəniyyət və İncəsənət Böyük Mükafatı” sahibi, çox dəyərli professorumuz İlber Ortaylının vəfatından dərindən hüznləndim. Hörmətli İlber Ortaylıya Allahdan rəhmət diləyir, dərdli ailəsinə, tələbələrinə, dostlarına, onu sevən bütün insanlara və akademik aləmə başsağlığı verirəm. Allah məkanını cənnət etsin”, - paylaşımda qeyd edilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.