Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.09.2026 | 22:50 | Baxılıb: 1208
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla iranlı həmkarı Məsud Pezeşkian arasında telefon danışığı olub.

“gece.ws” xəbər verir ki, bu haqda “TRT Haber” məlumat yayıb.

Prezident Ərdoğan danışıq zamanı Türkiyənin müvafiq dövlətlərlə birlikdə atəşkəsə aparan prosesdə intensiv səylər göstərdiyini bildirib. Ərdoğan önümüzdəki günlərdə başlayacaq danışıqlardan davamlı sülh və sabitlik üçün maksimum dərəcədə istifadə edilməsi lazım olduğunu deyib.

Ərdoğan qeyd edib ki, Türkiyə yeni prosesdə dost ölkələrlə birlikdə hər cür töhfəni verməyə hazırdır.

O həmçinin İran xalqının itkiləri ilə bağlı Pezeşkiana başsağlığı verib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.