Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.26.2026 | 08:59 | Baxılıb: 7188
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Qalatasaray”ı UEFA Çempionlar Liqasında “Yuventus” üzərində qələbə (7:5) qazanaraq 1/8 finala yüksəlməsi münasibətilə təbrik edib.

“gece.ws” xəbər verir ki, İtaliyanın Turin şəhərində yerləşən “Allianz” stadionunda keçirilən oyundan sonra Ərdoğan sarı-qırmızılı komanda ilə telefon əlaqəsi saxlayıb.

Prezident Ərdoğan oyundan sonra baş məşqçi Okan Burukla telefonla danışıb:

“Qalatasaray” növbəti mərhələyə yüksəldi. Bu, ölkəmiz üçün çox, çox böyük bir uğurdur. Gözlərinizdən öpürəm”.

Okan Buruk isə cavabında bildirib: “Biz də çox xoşbəxtik. Bu, sizin üçün ad günü hədiyyəsidir, cənab Prezident”.

Ərdoğan futbolçu Barış Alper Yılmazla da danışıb: “53”-lə lazım olanı etdin. Əla iş gördün. Gözlərindən öpürəm”.

Qeyd edək ki, “53” Ərdoğan və Yılmazın doğulduğu Rizenin dövlət qeydiyyat nişanının nömrəsidir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.