
“gece.ws"in xəbərinə görə, Prezident bildirib ki, uzun müddət fikir ayrılıqlarının dialoq və danışıqlar masası arxasında həllinə çalışıblar.
“Busəhərki hücumlar İran xalqının əmin-amanlığına yönələn ciddi bir təhdiddir və biz bunu böyük təəssüf hissi ilə qarşılayırıq. Hər hansı səbəbdən olursa-olsun, körfəzdəki qardaş ölkələrə qarşı raket və pilotsuz uçuş aparatları ilə hücumları qəbuledilməz hesab edirik”, - o vurğulayıb.
Ərdoğan diplomatiyanın üstünlük təşkil etməsinin vacibliyini dilə gətirib:
“Əgər diplomatiyaya imkan yaradılmasa, bölgəmiz alov halqasına çevrilmək riski ilə üz-üzə qalacaq”.
Prezident həmçinin İslam dünyası və bütün tərəfləri hərəkətə keçməyə çağırıb:
“Daha çox qan tökülməməsi, bölgəmizin əlavə çətinliklərlə üzləşməməsi üçün təcili tədbirlər görülməlidir. Ölkəmizin və xalqımızın təhlükəsizliyini ön planda tutaraq, bu həssas prosesi uğurla idarə edəcəyik”.