Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.26.2026 | 17:36 | Baxılıb: 1217
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

“gece.ws” xəbər verir ki, bu barədə Türkiyə liderinin “X” hesabında paylaşım edilib. 

“Xocalı soyqırımının 34-cü ildönümündə qətlə yetirilən azərbaycanlı bacı-qardaşlarımızı rəhmətlə, hüznlə yad edir, dost və qardaş Azərbaycan xalqına başsağlığı verirəm. Kədərini hər zaman qəlbimizin ən dərinliklərində hiss edəcəyimiz bu qeyri-insani qətliamı əsla unutmayacağıq”, - Ərdoğan qeyd edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.