“gece.ws” xəbər verir ki, K. Zorlu bu barədə rəsmi “X” hesabında yazıb.
“Bu gün Naxçıvan-Iğdır xəttində ilk dayanacağımız Türk dünyasının strateji mərkəzlərindən biri – “Türk qapısı” Naxçıvan olacaq. Qarşıdakı dövrdə Azərbaycan-Türkiyə qardaşlığının bölgəmizdə formalaşdıracağı sülh və rifah mühiti məhz Naxçıvan xəttindən yüksələcək”, - sədr müavini bildirib.
***
“Nuhçıxan”ın məlumatına görə, Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini və Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşat Zorlunun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvandadır.
Nümayəndə heyətinin üzvləri Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.