Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.16.2025 | 14:20 | Baxılıb: 1385
Ermənistan teleqram kanallarında 2021-ci ildə Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən 20 il müddətinə azadlıqdan məhrum edilən, Qarabağda döyüşən livanlı muzdlu terrorçu Eulcekcian Viken Abrahamın həbsxanada aclıq aksiyası keçirməsinə dair əsassız iddialar yenidən gündəmə gətirilib.

“gece.ws"in etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, muzdlu terrorçu barədə erməni KİV-ində yayılan məlumatlar həqiqəti əks etdirmir.

Xatırladaq ki, livanlı muzdlu barəsində bundan əvvəl də Ermənistan mediasında oxşar iddialar yayılsa da, həmin xəbərin yalan olduğu məlum olmuşdu.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.