
“gece.ws” TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda “Orbeli: sülhün və çoxtərəfli əməkdaşlığın qurulması” beynəlxalq forumunda çıxış edərkən danışıb.
“Qarabağdan köçən ermənilərin geri qayıtması məsələsini sülh üçün risk hesab edirəm”, - Paşinyan qeyd edib.
O həmçinin sülhü yeni doğulmuş körpə ilə müqayisə edib və onun qayğıya ehtiyac duyduğunu vurğulayıb: “Biz sülh sazişini imzalamalı, sərhədin delimitasiyasını həyata keçirməli və bir-birimizi rahat buraxmalıyıq”.