
“gece.ws” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı həmin ölkənin xarici işlər naziri Ararat Mirzoyan parlamentin xarici əlaqələr komissiyasının iclasında danışıb.
Qeyd edək ki, Avropa Sülh Fondu 2024-cü ildə Ermənistan Silahlı Qüvvələrinin texniki potensialını gücləndirmək məqsədilə ölkəyə 10 milyon avro vəsait ayırıb. 20 milyon avro təşkil edən ikinci paket isə 2026-cı ilin yanvarında təqdim edilib.