Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Ermənistan bu məsələdə maraqlıdır”
 
						“Ermənistan bu məsələdə maraqlıdır”
Əlavə olunub: 07.16.2025 | 14:12 | Baxılıb: 1606
“Ermənistan regionda nəqliyyat infrastrukturunun açılmasında maraqlıdır”.

“gece.ws” xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Ermənistan nəqliyyat kommunikasiyalarının, o cümlədən Ermənistandan Ermənistana Azərbaycan ərazisi ilə, həmçinin Azərbaycandan Ermənistan ərazisi ilə Azərbaycana, ikitərəfli ticarət, Ermənistandan Azərbaycan ərazisindən keçməklə üçüncü ölkələrə beynəlxalq əlaqə, Azərbaycandan Ermənistan ərazisindən üçüncü ölkələrə və tranzit mübadiləsində maraqlıdır. Biz bütün bu prosesləri Ermənistanın suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası çərçivəsində təqdim edirik”, - deyə, Paşinyan əlavə edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.