Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.30.2026 | 13:15 | Baxılıb: 2005
Ermənistan hökuməti yeni parlamentin iclasından əvvəl istefa verəcək.

“gece.ws” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan Baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin iclasında açıqlayıb. 

Ölkə Konstitusiyasına əsasən, Nazirlər Kabineti istefa verir, bunun ardınca isə prezident parlamentdə üstünlüyə malik partiya tərəfindən təqdim edilən namizədi Baş nazir təyin edir. 

Yeni parlament isə avqustun 2-də öz işinə başlayacaq və yeni hökuməti formalaşdıracaq. 

Xatırladaq ki, iyunun 7-də Ermənistanda keçirilən parlament seçkilərində Nikol Paşinyanın hakim “Vətəndaş müqaviləsi” partiyası qalib gəlib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.