
“gece.ws” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə qərar Ermənistan hökumətinin iclasında qəbul edilib.
Bu məbləğin sərhədlərin təhlükəsizliyinin və toxunulmazlığının təmin edilməsinə yönəldiləcəyi bildirilir.
Qeyd edək ki, 2025-ci ildə Ermənistan büdcəsində müdafiə xərcləri əvvəlki illə müqayisədə 115 milyard dram (təxminən 300 milyon dollar) artırılaraq 660 milyard dram (1 milyard 717 milyon dollar) təşkil edib. 2026-cı il üçün isə bu məqsədlə ayrılan vəsaitin 100 milyard dram azaldılması və 560 milyard dram (1 milyard 455 milyon dollar) təşkil etməsi planlaşdırılır.