Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.06.2026 | 16:05 | Baxılıb: 1395
Karen Qriqoryan Ermənistanın Pakistandakı səfiri təyin edilib. 

“gece.ws” “Armenpress”ə istinadən xəbər verir ki, bununla bağlı Ermənistan Prezidenti Vaaqn Xaçaturyan fərman imzalayıb.

Pakistana yeni təyin olunmuş səfirin iqamətgahının Əbu-Dabi şəhərində olacağı bildirilir. K. Qriqoryan həm də Ermənistanın Birləşmiş Ərəb Əmirliklərindəki fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışır. 

Qeyd edək ki, Ermənistan və Pakistan arasında diplomatik münasibətlərin qurulması haqqında sənəd 31 avqust 2025-ci ildə Tyantszin şəhərində keçirilən ŞƏT sammiti çərçivəsində imzalanıb. Bundan əvvəl Pakistan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, işğal faktına görə isə Ermənistanı dövlət olaraq tanımaqdan imtina etmişdi.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.