Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.03.2026 | 15:19 | Baxılıb: 4041
Ermənistanın hakim “Vətəndaş müqaviləsi” fraksiyasının namizədliyini irəli sürdüyü Ruben Rubinyan parlamentin sədri vəzifəsinə seçilib. 

“gece.ws” Ermənistan mətbuatına istinadən xəbər verir ki, səsvermədə 105 deputatdan 91-i iştirak edib. 

Onlardan 63 nəfəri Rubinyanın lehinə, 28 nəfəri isə əleyhinə səs verib. 

Parlamentdəki “Ermənistan” fraksiyası səsvermədə iştirak etməyib, “Güclü Ermənistan” fraksiyası isə Rubinyanın namizədliyinin əleyhinə səs verib. 

R.Rubinyan bu postda Alen Simonyanı əvəz edib. 

Qeyd edək ki, Ruben Rubinyan bundan əvvəl parlament sədrinin müavini vəzifəsini icra edib. O, həm də Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə Ermənistanın xüsusi nümayəndəsidir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.