
“gece.ws” Ermənistan mətbuatına istinadən xəbər verir ki, hökumətin saytında ümumilikdə 13 fayl yerləşdirilib.
Burada 2011-ci ildə Kazanda müzakirə olunan sənəd, 2019-cu ildə vasitəçilər tərəfindən təqdim edilən təkliflər, Ermənistanın eks-prezidenti Serj Sarkisyanın 2016-cı ilin avqustunda Rusiya lideri Vladimir Putinə ünvanlanmış məktubu və digər sənədlər var.
Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan noyabrın əvvəllərində Qarabağla bağlı danışıqlar prosesinə dair əsas sənədlər paketini, o cümlədən 2019-cu ilə aid materialları ilin sonunadək açıqlayacağını bildirmişdi.