Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.04.2026 | 11:14 | Baxılıb: 1944
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Ermənistanın Aİ-yə üzv olması perspektivlərini şərh edib.

“gece.ws” xəbər verir ki, Kallas bu barədə İrəvanda Avropa Siyasi Birliyinin sammiti çərçivəsində brifinqdə danışıb.

“Ermənistan qərarları özü qəbul edir, burada bir aydan sonra seçkilər keçiriləcək. Əlbəttə, Avropa perspektivi gündəmdədir və Ermənistan özü qərar verəcək”, - Avropa Komissiyasının vitse-prezidenti bildirib.

Xatırladaq ki, Ermənistan parlamentinin deputatları 2025-ci il martın 26-sı ikinci və yekun oxunuşda ölkənin Aİ-yə daxil olması prosesinin başlaması barədə qanun qəbul ediblər.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.