
“gece.ws” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Facebook” sosial şəbəkəsində paylaşdığı videoda bildirib.
“Ermənistan rəsmi olaraq Aİ-yə üzvlük məsələsi ilə bağlı müraciət etməyincə və ya üzvlüyə namizəd statusu almağa yaxınlaşmayınca referendum keçirmək məntiqsizdir”, - o deyib.
Onun sözlərinə görə, hazırda 2 ittifaq arasında seçim etmək məntiqsizdir, çünki hələlik Ermənistan xalqına Aİİ-yə üzvlüyün qarşılığında təklif ediləcək başqa bir şey yoxdur. Paşinyan bu seçimi nəzəri adlandırıb və onun referenduma çıxarılmasının düzgün olmayacağını söyləyib.