
“gece.ws” xəbər verir ki, bu barədə Rusiyanın “Russia Today” (RT) kanalı adı açıqlanmayan mənbəyə istinadən məlumat yayıb.
“Mayın 9-u ərəfəsində İrəvanda təşkil edilmiş anti-Rusiya yığıncağı və Zelenskinin Ermənistan paytaxtında bütün iştirakçıların susqun razılığı fonunda səsləndirdiyi birbaşa terror hədələri, Ermənistan rəhbərliyinin Moskvada üzərinə götürdüyü müttəfiqlik öhdəlikləri və dostluq təminatları ilə ziddiyyət təşkil edir”, - kanalın “Telegram” kanalında edilmiş paylaşımda deyilir.
Xatırladaq ki, ötən gün Ermənistanın Rusiyadakı səfiri Rusiya XİN-ə çağırılıb. Səfirə Ukrayna Prezidenti Volodimir Zelenskiyə Ermənistanda Rusiyaya qarşı terror təhdidləri etmək üçün platformanın yaradılmasının qəti şəkildə qəbuledilməz olduğu bildirilib.